Cəlilabad sakinindən saxta pul götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri N.Süleymanovdan və Y.Şükürovdan 8 ədəd 100 manatlıq saxta əskinaslar götürülüb.
Araşdırmalarla onların saxta əskinasları həmyerliləri E.Niftiyevdən aldıqları müəyyən edilib.
Görülmüş tədbirlərlə E.Niftiyev də saxlanılıb.