Cəlilabadda itkin düşən 21 yaşlı gənc tapılıb - YENİLƏNİB

Cəlilabadda itkin düşən 21 yaşlı gənc tapılıb - YENİLƏNİB
# 20 iyun 2025 20:41 (UTC +04:00)

İtkin düşən 21 yaşlı Cəlilabad sakini tapılıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Əlisa Hüseynağa oğlu Mirzəyevin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə paytaxt ərazisində olduğu yer müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.


***
18.06.2025
18:46

Cəlilabad rayon sakini itkin düşüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayon Seyidbazar kənd sakini, 2004-cü il təvəllüdlü Əlisa Hüseynağa oğlu Mirzəyev ötən gün evi tərk edərək, naməlum istiqamətə gedib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR