Cəlilabadda baş verən yol qəzası ilə bağlı TƏBİB açıqlama verib.
APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, saat 20:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Onlardan 1962-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın küt travması, alın nahiyəsinin sıyrılmış yarası, döş qəfəsinin sol yarısının küt travması, sağ əlin sıyrılmış yarası, 1973-cü il təvəllüdlü (qadın cinsli) şəxsə isə üzün küt travması, üst dodağın cırılmış yarası, sağ bazunun, saidin küt travması və qançırı diaqnozları təyin edilib.
Xəsarət alan şəxslərə zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyətləri kafi olaraq qiymətləndirilir.
***
20:48
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan, minik avtomobilinin çaya düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.