Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb

Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb
# 06 dekabr 2023 18:29 (UTC +04:00)

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Abışabad kəndi ərazisində qeydə alınıb. Fəxrəddin Fərəcovun idarə etdiyi "Mercedes" markalı minik maşını Adil Abbasovun idarə etdiyi "VAZ-2107" minik maşını ilə toqquşub.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 4 nəfər Cəlilabad rayon sakini - 1962-ci il təvəllüdlü Fəxrəddin Fərəcov, 1990-ci il təvəllüdlü Aygül Əliyeva, 1982-ci il təvəllüdlü Seymur Əliyev və 2017-ci il təvəllüdlü Seyidağa Əliyev xəsarət alıb.

Xəsarət alanlar təcili olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR