DIN: Ticarət mərkəzində avtomobillərə qəsdən ziyan vuran şəxs müalicə mərkəzinə yerləşdirilib - VİDEO

DIN: Ticarət mərkəzində avtomobillərə qəsdən ziyan vuran şəxs müalicə mərkəzinə yerləşdirilib - VİDEO
# 14 aprel 2024 14:59 (UTC +04:00)

Qaradağ rayonunda yerləşən ticarət mərkəzlərindən birinin dayanacağında avtomobillərə qəsdən ziyan vurulması ilə bağlı polisə məlumat daxil olub.

Bunu APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib.

Həmin şəxs paytaxt sakini 2001-ci il təvəllüdlü V.Rzayev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun psixi sağlamlığının yerində olmadığı müəyyən edilib. Həmin şəxsin ixtisaslaşmış həkim briqadasına təhvil verilərək müalicə mərkəzinə yerləşdirilməsi təmin edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə bir gəncin “Sədərək” Ticarət Mərkəzinin dayanacağında avtomobillərin üzərinə çıxaraq qəsdən ziyan vurmasını əks etdirən görüntülər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR