Ələt-Astara yolunda qəza olub, xəsarət alan var

Ələt-Astara yolunda qəza olub, xəsarət alan var
# 11 dekabr 2023 10:12 (UTC +04:00)

Köhnə Ələt - Astara magistralında yol qəzası olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad rayonu ilə Biləsuvar rayonunu birləşdirən yolda qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107' markalı minik avtomobili ilə "QAZel" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Vüsal Əhməd oğlu İsrafilov xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdlrılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR