FHN Ağcabədidə Kürdə batan ata və qızının axtarışlarını davam etdirir - VİDEO

FHN Ağcabədidə Kürdə batan ata və qızının axtarışlarını davam etdirir - VİDEO
# 14 aprel 2024 14:26 (UTC +04:00)

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə daxil olan məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

FHN-dən APA-ya verilən xəbərə görə, hazırda 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının batdıqları ehtimal edilən istiqamətlərdə axtarışları intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

© APA | Ağcabədidə Kürdə batan ata və qızının axtarışı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR