Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batmış 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
***
12.09
Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir.
FHN-dən APA-ya verilən məlumata görə, hazırda vətəndaşın axtarışları batdığı ehtimal olunan istiqamətlər üzrə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.