FHN əməkdaşları Sumqayıtda ağırçəkili şəxsi xəstəxanaya çatdırıb - VİDEO

FHN əməkdaşları Sumqayıtda ağırçəkili şəxsi xəstəxanaya çatdırıb - VİDEO
# 05 mart 2024 09:52 (UTC +04:00)

Sumqayıt şəhərində ağırçəkili 1 nəfərin şəxsin xəstəxanaya çatdırılması onun ağırçəkili olması səbəbindən mümkün olmayıb və bu barədə kömək məqsədilə FHN-in “112” qaynar xəttinə müraciət ediblər.

FHN-dən APA-ya verilən xəbərə görə, nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri köməyə ehtiyacı olan vətəndaşın yardımına yetişərək onu onmərtəbəli binanın doqquzuncu mərtəbəsindən düşürüb və Təcili Tibbi Yardım Briqadasına təhvil veriblər. Sonra FHN-in xilasediciləri Təcili Tibbi Yardım avtomobilini müşayiət edərək xəstənin həmin maşından düşürərək xəstəxananın ikinci mərtəbəsinə qaldırıb və aidiyyəti şöbəyə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR