FHN: Ötən sutka 25 yanğına çıxış olub, 6 nəfər təxliyə olunub

FHN: Ötən sutka 25 yanğına çıxış olub, 6 nəfər təxliyə olunub
# 22 fevral 2024 10:24 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən yanğın zamanı 6 nəfər təxliyə olunub, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin, 2 nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR