Gəncədə 4 maşın toqquşub, xəsarət alanlar var - FOTO

Gəncədə 4 maşın toqquşub, xəsarət alanlar var - FOTO
# 28 noyabr 2023 12:58 (UTC +04:00)

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan iki "Mercedec", "VAZ 2104" və "Chevrolet" markalı minik maşınları toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR