Gəncədə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində yerləşən evdə qeydə alınıb. Həmin ünvanda yaşayan 1935-ci il təvəllüdlü Məhərrəm Rəsulov yaşadığı evin hamamında yıxılıb. Başı yerə dəyən 87 yaşlı kişi ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.