Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını 90 yaşlı D.Məmmədovu vurub. Piyada xəstəxanaya aparılsa da onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.