Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri Gəncə şəhərində müəyyən edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov APA-ya bildirib.
Qeyd edilib ki, N. İmanova izahatında yaşadıqları evi özlərinin könüllü tərk etdiklərini və geri dönmək istəmədiklərini bildirib
***
08:49
Gəncədə ana və qızı itkin düşüb.
APA xəbər verir ki, şəhər sakini Narıngül İmanova və qızı, 2009-cu il təvəllüdlü Günay Həsənova noybarın 6-da yaşadıqları evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşüb.
Araşdırma aparılır.