Gəncədə arvadını öldürən şəxsin məhkəməsi başlayır

Gəncədə arvadını öldürən şəxsin məhkəməsi başlayır
# 24 iyul 2019 17:37 (UTC +04:00)

Gəncədə arvadını qəsdən maşınla vurub öldürməkdə təqsirləndirilən Eldar Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, E. Abbasov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, bu il aprelin 3-də Gəncə şəhərində E. İsmayılov idarə etdiyi “VAZ” markalı avtomobillə həyat yoldaşı Sevinc Abbasovanı qəsdən bir neçə dəfə divara çırpıb. Ağır bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən E. Abbasov isə sirkə turşusu içərək intihara cəhd edib. O xəstəxanaya yerləşdirilib, sağalandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Lakin aprelin 3-də 1968-ci il təvəllüdlü Sevinc Əmir qızı Abbasova müalicə aldığı xəstəxanada ölüb.
E. Abbasova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə ) maddəsi ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR