Gəncədə 12 yaşlı qızına xəsarət yetirməkdə şübhəli bilinən ata saxlanılıb - YENİLƏNİB

Gəncədə 12 yaşlı qızına xəsarət yetirməkdə şübhəli bilinən ata saxlanılıb - YENİLƏNİB
# 23 fevral 2024 23:48 (UTC +04:00)

Gəncədə arvadı ilə mübahisə zamanı uşağına xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Keçirlən əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlıya xəsarət yetirməkdə şübhəli bilinən onun atası, İlham İsrafilov saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırmalar davam etirilir.

***

Saat 23:00

Gəncədə ailədaxili mübahisə qanla bitib.

APA-nın yerli bürosunun məlmatına görə, hadisə şəhərin Şahsevərlər küçəsində qeydə alınıb.

2012-ci il təvəllüdlü Aysu İsrafilli bud nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 12 yaşlı qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, İlham İsrafilov həyat yoldaşı Könül İsrafilova ilə mübahisə edib.

Bu zaman hadisənin qarşısını almaq istəyən, cütlüyün 12 yaşlı qızı xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR