Gəncədə həkimin üzərinə aqlay düşüb

Gəncədə həkimin üzərinə aqlay düşüb
# 08 dekabr 2023 15:12 (UTC +04:00)

Gəncədə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb. 1953-cü il təvəllüdlü Əşrəf Əşrəfov küçədə piyada gedən zaman mağazalardan birinin fasadının aqlay örtüyü qoparaq üzərinə düşüb. Nəticədə Ə.Əşrəfov müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Ona sağ bazunun çıxığı, sol körpücük sümüyünün sınması və döş qəfəsinin travması diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, Əşrəf Əşrəfov Gəncədə fəaliyət göstərən özəl xəstəxanaların birində həkim-terapevt işləyir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR