Gəncədə mənzildə yanğın olub, ölən və xəsarət alan var - YENİLƏNİB-2 - VİDEO

Gəncədə mənzildə yanğın olub, ölən və xəsarət alan var - YENİLƏNİB-2  - VİDEO
# 12 may 2025 16:41 (UTC +04:00)

Gəncədə bu gün yanğın baş verən mənzildə xəsarət alan qadının vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-ya verilən məlumata görə, mayın 12-də saat 14:00 radələrində 1961-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sağ biləyin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyəti stabildir, müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

**

14.02

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, F.Əmirov küçəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 36 m² olan mənzildə baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.

FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

13.59

Gəncədə evdə baş verən yanğınla bağlı bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosun məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində 5 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

İlkin məlumata görə, evdə yaşayan kişi ilə qadın arasında mübahisə olub. Mübahisə zamanı evə benzin tökülüb, nəticədə yanğın olub. Yanğın zamanı 1967-ci il təvəllüdlü Alıyev Adil Elman oğlu hadisə yerində ölüb. 1961-ci il təvəllüdlü Şahməmmədova Gülnaz Saleh qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

***

13.02

Gəncədə mənzildə yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhərdə 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mənzildə anidən yanğın olub.

İlkin məlumata görə, 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR