Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində 1993-cü il təvəllüdlü İ.Həsənov bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Söyüşə görə baş verən davanın bıçaqlanma ilə nəticələndiyi bildirilir. Bıçaqlanan və hadisəni törədən şəxslər taksi fəaliyyəti ilə məşğul olur.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətmıkdə şübhəli bilinən Rəsul Osanlı saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.