Gəncədə toyda dava düşüb, üç nəfər bıçaqlanıb - YENİLƏNİB

Gəncədə toyda dava düşüb, üç nəfər bıçaqlanıb - YENİLƏNİB
# 09 dekabr 2023 23:41 (UTC +04:00)

Gəncədə toyda bıçaqlanan şəxslərin sayı üçə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, bıçaqlanan şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir.

Yaralı özəl xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

***

Saat 22:26

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Mahrasa bağı adlanan ərazidə yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs toyda dava zamanı bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR