Gəncədə yeni tikilən İdman Sarayında tüstüləmə olub, zəhərlənən var - FOTO

Gəncədə yeni tikilən İdman Sarayında tüstüləmə olub, zəhərlənən var - FOTO
# 24 fevral 2024 16:36 (UTC +04:00)

Gəncədə yanğın olub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində yerləşən yeni tikilən İdman Sarayının damında qeydə alınıb.

Belə ki İdman Sarayının damında tüstüləmə baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı alınıb. Hadisə vaxtı 3 nəfər zəhərlənib. Zəhərlənənlər 1994-cü il təvəllüdlü Kamil Hüseynov, 1985-ci il təvəllüdlü Amid Babayev və 1992-ci il təvəllüdlü Binyamin Əlibəylidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR