Gəncədə yeniyetmə bıçaqlanıb

Gəncədə yeniyetmə bıçaqlanıb
# 12 avqust 2024 22:37 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

2009-cu il təvəllüdlü A. Abbasov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetməyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə A. Abbasov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirilib ki, hadisəni törədən şəxs saxlanılıb.

Onun sözlərinə görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 2009-cu il təcəllüdlü A. Namazov saxlanılaraq istintaqa təhvil verilib.

DİN rəsmisi qeyd edib ki, hadisə ötən gün qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR