Goranboy sakini avtomobilini vuran şəxsin maşınla üstündən keçərək hadisə yerindən qaçıb - YENİLƏNİB-1

Goranboy sakini avtomobilini vuran şəxsin maşınla üstündən keçərək hadisə yerindən qaçıb - YENİLƏNİB-1
# 18 iyul 2024 10:12 (UTC +04:00)

Goranboyda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən yayınan şəxs saxlanılıb.

Bu barədə APA-ya DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib. Qeyd olunub ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan T. Şamilov saxıanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

09.35

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları üzə çıxıb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Veyisli kənd sakini Tarzan Şamilov idarə etdiyi "Ford Fusion "markalı minik maşını ilə kəndin mərkəzi yolunda həmkəndlisi 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun idarə etdiyi "KiA"markalı minik maşınını arxadan vurub.

Qəzadan sonra KİA sürücüsü avtomobilini saxlayaraq yerə düşüb. Hadisəni törədən Tarzan Şamilov yerdə olan Əhməd Ərəbovu maşınla vuraraq üstündən keçib. Xəsarət alan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki ölən şəxs el arasında "kürd abo" ləqəbi ilə tanınıb. Məlumata görə hər iki şəxs dost olub. Qəzanı törədən Tarzan Şamilov isə Goranboy rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.

Faktla bağlı araşdırma aparılır.

***

20:21

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA yerli bürosunun məlumatına görə hadisə Goranboy-Tərtər-Ağdam avtomobil yolunun rayonun Veyisli kəndindən keçən hissəsində qeydə alınıb. Veysli kənd sakini idarə etdiyi "Ford Fusion" markalı minik maşını ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada; həmkəndlisi 1984-cü il təvəllüdlü Əhməd Ərəbovu vurub.

Piyada Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğu üçün daha sonra o Gəncədə xəstəxanaların birinə yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq 40 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR