Goranboyda ev yanıb, 6 aylıq körpə xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2

Goranboyda ev yanıb, 6 aylıq körpə xəsarət alıb - FOTOLENT  - YENİLƏNİB-2
# 15 sentyabr 2024 19:20 (UTC +04:00)

Xəbərə fotolar əlavə edilib.

***

18:28

Goranboyda baş verən yanğında 6 aylıq körpə yanıq xəsarətləri alıb.

APA-nın yerli bürosunun məlumatına görə, yanıq xəsarətləri alan 2024-cü il təvəllüdlü Ö.Mammedovdur.

Körpənin vəziyyəti ağır olduğundan Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb.

***

18:11

Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR