Goranboyda kafedə iki nəfər bıçaqlanıb - YENİLƏNİB

Goranboyda kafedə iki nəfər bıçaqlanıb - YENİLƏNİB
# 24 may 2025 15:14 (UTC +04:00)

Goranboyda iki nəfəri bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Vüsal Sarıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


TƏBİB-dən APA-ya bildirilib ki, mayın 24-də xəsarət alması səbəbi ilə iki nəfər (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub: "Onlara sol boyun nahiyəsinin kəsilmiş yarası və kürək və bel nahiyəsinin kəsilmiş yaraları diaqnozu təyin edilib. Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar".

***

14.38

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb. Kənd sakinləri - 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR