Goranboyda keçmiş məhkum oğurluğa görə saxlanılıb

Goranboyda keçmiş məhkum oğurluğa görə saxlanılıb
# 01 dekabr 2023 10:15 (UTC +04:00)

Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Araşdırmalar zamanı naməlum şəxs və ya şəxslərin gecə saatlarında mağazanın qapısını sındıraraq içəri daxil olması və oradan 100 manat nağd pul və 2911 manat dəyərində müxtəlif satış məhsullarını oğurlaması məlum olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş rayon sakini, Elçibəy Fətullayev maddi sübutların bir qismi ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı RPŞ-nin İstintaq və Təhqiqat Bölməsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR