Goyçayda avtomobil qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hüngütlü kənd ərazisində, Ucar yolunda qeydə alınıb. Məlumata görə, “Mercedes” markalı avtomobil “Pejo” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində 1961-ci il təvəllüdlü Nigar Məmmədova və 1958-ci il təvəllüdlü Nübar Məhərrəmova xəsarətlər alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qəza ilə bağlı ərazidə maşınların sıxlığı müşahidə olunub, yol bir müddət bağlanıb.