Goyçayda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Goyçayda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO
# 23 iyun 2025 12:59 (UTC +04:00)

Goyçayda avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hüngütlü kənd ərazisində, Ucar yolunda qeydə alınıb. Məlumata görə, “Mercedes” markalı avtomobil “Pejo” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində 1961-ci il təvəllüdlü Nigar Məmmədova və 1958-ci il təvəllüdlü Nübar Məhərrəmova xəsarətlər alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qəza ilə bağlı ərazidə maşınların sıxlığı müşahidə olunub, yol bir müddət bağlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR