Göygöldə mikroavtobusla yük maşını toqquşub, ölən və xəsarət alanlar var - ADLAR - YENİLƏNİB-2 - FOTO

Göygöldə mikroavtobusla yük maşını toqquşub, ölən və xəsarət alanlar var - ADLAR  - YENİLƏNİB-2  - FOTO
# 24 fevral 2024 16:13 (UTC +04:00)

Xəbərə fotolar əlavə olunub.

***

14:35

Göygöldə baş verən qəzada xəsarət alanların kimliyi bilinib.

APA xəbər verir ki, xəsarət alanların adı aşağıdakı kimidir:

Vüsal Babayev (1985);

Xalidə İsayeva (1965);

Xudayar Musayev (1972);

Anar Qasımov (1993);

Elşanə Musalı (2004).

TƏBİB-dən APA-ya bildirilib ki, baş verən qəzada xəsarət alan 2 nəfər (1 nəfər qadın cinsli, 1 nəfər kişi cinsli olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

"Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir. 1965-ci il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti orta ağır, 1985-ci il təvəllüdlü (kişi cinsli) şəxsin isə vəziyyəti stabildir", - deyə qeyd edilib .

***

Saat 08:05

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hətəkətdə olan "Mercedes Vito" markalı mirkoavtobusla "QAZ " markalı yük maşını toqquşub.

Qəza zamanı 1981-ci il təvəllüdlü Duman Abdullayev hadisə yerində ölüb.

Bir neçə nəfərin isə xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR