Göygöldə toyda mahnı sifarişi üstündə dava düşüb, 37 yaşlı kişi döyülüb

Göygöldə toyda mahnı sifarişi üstündə dava düşüb, 37 yaşlı kişi döyülüb
# 11 sentyabr 2024 11:07 (UTC +04:00)

Ağstafa sakini Göygöldə toyda döyülüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisindəki şadlıq saraylarının birində qeydə alınıb.

Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E. Nəbiyev xuliqanlıq zəminində döyülərək xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakini R. Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin musiqi sifarişi üstündə baş verdiyi deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR