Gürcüstanda azərbaycanlı ailəyə silahlı hücum edən şəxs saxlanılıb - VİDEO

Gürcüstanda azərbaycanlı ailəyə silahlı hücum edən şəxs saxlanılıb - VİDEO
# 30 noyabr 2023 10:33 (UTC +04:00)

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları Saqareco rayonunun Tüllər kəndində azərbaycanlı ər və arvada silahlı hücum edən şəxsi saxlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb. Bildirilib ki, əvvəllər məhkumluğu olan 1977-ci il təvəllüdlü şübhəliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin odlu silahların qanunsuz əldə edilməsi və daşınması, qəsdən adam öldürmə maddələri ilə ittiham irəli sürülüb.

Məlumata əsasən, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs 1988-ci il təvəllüdlü keçmiş həyat yoldaşını yaralayıb, onun 1987-ci il təvəllüdlü ərini isə qətlə yetirərək hadisə yerindən qaçıb. İş üzrə 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, cinayətin qisas zəminində törədildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR