İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Quşencə kəndi ərazisindəki meşə sahəsində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Cəbiyev İmran Niyazi oğlu həmyerlisi Teymur Mütəllimova məxsus "QAZ 52" markalı yük avtomobilinə odun yığarkən 3 metr hündürlükdən yerə yıxılıb. Baş və boyun nahiyyəsindən ağır xəsarətlər alan İmran Cəbiyev hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.