Yanvarın 13-də İsmayıllı rayonunda baş vermiş yanğın zamanı xəsarət alan şəxs 8 gün sonra dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Quşencə kəndində evində baş verən yanğın zamanı xəsarət alan Sovetxan Muradəliyev bu gün xəstəxanada vəfat edib.
Qeyd edək ki, yanvarın 13-də Sovetxan Muradəliyevə məxsus evdə baş verən yanğın zamanı ev sahibinin həyat yoldaşı 1943-cü il təvəllüdlü Muradəliyeva Ruhəngiz Yunis qızı aldığı yanıq xəsarətləri səbəbindən hadisə yerində ölmüşdü. Hadisə zamanı ağır xəsarətlər alan Sovetxan Muradəliyev Respublika Yanıq Mərkəzinə yerləşdirililmişdi.
Faktla bağlı araşdırma aparılır.