İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - YENİLƏNİB

İsmayıllıda oğlu tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb - YENİLƏNİB
# 23 iyun 2025 08:50 (UTC +04:00)

İsmayıllı rayonunda bir müddət əvvəl oğlu tərəfindən bıçaqlanan Bəhlul Əzizov xəstəxanada vəfat edib.

APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə zamanı oğul atasının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmişdi.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***
17.06.2025

İsmayıllıda oğul atasını bıçaqlayıb.

APA xəbər verir ki, hadisə rayonun Talıstan kəndində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Kənan Əzizov atası 1968-ci il təvəllüdlü Bəhlul Əzizovun qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqlayıb.

Hadisəni törətmiş şəxs Kənan Əzizov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR