İsmayıllıda yeniyetmədən hədə-qorxu ilə pul tələb edənlər saxlanılıb

İsmayıllıda yeniyetmədən hədə-qorxu ilə pul tələb edənlər saxlanılıb
# 05 mart 2024 14:56 (UTC +04:00)

İsmayıllıda yeniyetmədən hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıblar

İsmayıllıda polisə müraciət edən yetkinlik yaşına çatmayan şəxsin valideynləri 2 nəfərin övladlarının mobil telefonunu sosial şəbəkəyə daxil olmaq adı ilə adıqlarını və geri qaytarmaq qarşılığında pul tələb etdiklərini bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Lətif Məhəmmədəli və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Onlar ifadələrində əməllərini etiraf ediblər.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR