Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
# 21 fevral 2024 15:20 (UTC +04:00)

Kamil Zeynallı azadlığa buraxılıb. O, bu gün Bakıya qayıdacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.

Onun sözlərinə görə, hazırda Kamil Zeynallının vəziyyəti yaxşıdır: “Baxmayaraq ki, Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa vermişdi, ona qarşı çox ağır maddələrlə ittiham irəli sürülmüşdü, Rusiya dövləti humanitar yanaşma göstərdi. Azərbaycan dövlətinin köməyi və təkidi ilə Kamil Zeynallı bu gün Azərbaycana qayıdacaq. Buna görə də mən hamıya təşəkkür edirəm. Çox əziyyət çəkildi. Xüsusilə də Azərbaycanın Rusiyadakı səfirliyinə, şəxsən Polad Bülbüloğluna təşəkkür edirəm. Həqiqətən də, çox böyük iş gördülər”.

Qeyd edək ki, fitnes üzrə məşqçi Kamil Zeynallı ötən gecə Moskvadan Bakıya qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Onun Ermənistanın sorğusu əsasında saxlanıldığı açıqlanıb.

Ermənistan Daxili İşlər Nazirliyindən isə Kamil Zeynallının qətl ittihamı ilə axtarışa verildiyi bildirilib. Lakin onun konkret hansı qətldə günahlandırıldığı açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR