Kamil Zeynallı Ermənistanın sorğusu əsasında Moskvada saxlanılıb - VİDEO

Kamil Zeynallı Ermənistanın sorğusu əsasında Moskvada saxlanılıb - VİDEO
# 21 fevral 2024 02:04 (UTC +04:00)

Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə o, özü instaqram sosial hesabında videogörüntü yayıb.

Videogörüntüdə K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib.

K.Zeynallı bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, sabah məhkəməyə çıxarılacağını söyləyib.

K. Zeynallı onu da bildirib ki, polislər ona Ermənistana təhvil verilə biləcəyini də söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR