Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb

Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb
# 12 aprel 2024 11:32 (UTC +04:00)

Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, bundan başqa rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partlayıcı başlığı, 2 ədəd “M-75” əl qumbarası, 4 ədəd avtomat darağı və çoxlu sayda patron aşkar olunub.

Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR