Korrupsiya ilə bağlı vurulmuş zərərin 22 milyon manatı ibtidai istintaq dövründə ödənilib

Korrupsiya ilə bağlı vurulmuş zərərin 22 milyon manatı ibtidai istintaq dövründə ödənilib
# 05 mart 2024 16:49 (UTC +04:00)

2023-cü il ərazində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarə tərəfindən məhkəmələrə göndərilmiş maddi ziyanla əlaqədar olan 152 cinayət işi üzrə vurulmuş cəmi 77 milyon 629 min manat məbləğində zərərin ibtidai istintaq dövründə 22 milyon 191 min manatının ödənilməsi təmin edilib.

APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Qeyd edilib ki, bundan başqa, 2023-cü ildə icraatına xitam verilmiş cinayət işləri üzrə özgə əmlakına vurulmuş 13 milyon 926 min manat məbləğində madi ziyan tam olaraq ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR