Kürdə atası ilə batan uşağın meyiti tapılıb

Kürdə atası ilə batan uşağın meyiti tapılıb
# 21 aprel 2024 09:54 (UTC +04:00)

Kür çayında 6 yaşlı qızın meyiti tapılıb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Vaqi Süleymanov ailəsi ilə birlikdə Kür çayının kənarına istirahətə gəlib. Bu zaman onun 6 yaşlı qızı, 2018-ci il təvəllüdlü Səma Süleymanlı sürüşərək çaya düşüb. V.Süleymanov qızını xilas etmək üçün onun ardınca suya tullanıb. Nəticədə ata və qızı suda boğulub. Aprelin 19-da S.Süeymanovanın atası Süleymanov Vaqif Tahir oğlunun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR