Kürdəmirdə avtomobil piyadanı vurub öldürüb

Kürdəmirdə avtomobil piyadanı vurub öldürüb
# 03 dekabr 2023 02:58 (UTC +04:00)

Kürdəmirdə avtomobil qadını vurub öldürüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı, 1985-ci il təvəllüdlü Nuray Kırcı idarə etdiyi “KİA OPTİMA” markalı avtomaşınla İmişli istiqamətində hərəkətdə

olarkən “MİTSUBİHSİ” markalı avtomobilə minmək istəyən Ağcabədi rayon sakini, 1972-ci il təvəllüdlü Natavan Eldar qızı Abdullayevanı vurub. Ağır xəsarətlər alan zərərçəkən hadisə yerində həyatını itirib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR