Kürdəmirdə dörd yük maşını toqquşub, piyada ölüb - FOTO - YENİLƏNİB

Kürdəmirdə dörd yük maşını toqquşub, piyada ölüb - FOTO  - YENİLƏNİB
# 29 fevral 2024 23:35 (UTC +04:00)

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunu xəbərinə görə, rayonun Qarabucaq kəndindən keçən hissəsində 1986-cı il təvəllüdlü Bakı sakini Asəf Həsənovun idarə etdiyi TIR qəflətən yola çıxan piyadanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Arxadan gələn daha 3 yük maşını - TIR, "KamAZ" və betonqarışdıran bir-birinə çırpılıb.

Hadisə nəticəsində yolda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

Fakt araşdırılır.

***

Saat 22:22

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunu xəbərinə görə, Bakı-Qazax magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində yük maşınları toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR