Kürdəmirdə sərnişini döyərək qarət edən sürücü saxlanılıb - YENİLƏNİB

Kürdəmirdə sərnişini döyərək qarət edən sürücü saxlanılıb - YENİLƏNİB
# 19 iyul 2024 10:06 (UTC +04:00)

Kürdəmirdə 69 yaşlı qadını döyərək üzərindəki pulunu alan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalar davam etdirilir.

***

09:08

Kürdəmirdə sürücü 69 yaşlı qadını döyərək üzərindəki pulunu alıb.

APA xəbər verir ki, hadisə Karrar kəndi ərazisində qeydə alınıb.

Naməlum şəxs idarə etdiyi avtomobillə Sığırlı kəndi ərazisindən Kürdəmir şəhərinə aparmaq üçün sərnişin qismində götürdüyü 1955-ci il təvəllüdlü Kərimova Tubu Musa qızını döyüb hədələyərək üzərində olan 50 manat pulu alıb və ona qarşı digər qanunsuz hərəkətlər edib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR