Lənkəranda 43 yaşlı kişini bıçaqlayan şəxs tutulub - FOTO - YENİLƏNİB-1

Lənkəranda 43 yaşlı kişini bıçaqlayan şəxs tutulub  - FOTO   - YENİLƏNİB-1
# 14 sentyabr 2024 09:56 (UTC +04:00)

Lənkəranda iki gün əvvəl 43 yaşlı kişini bıçaqlanıb şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq biıdirilib ki, şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı Lənkəran rayon sakini Şahin Əsgərova kəsilmiş-deşilmiş xəsarət yetirən 30 yaşlı Anar Dadaşzadə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

***

12 sentyabr, 00.14

Lənkəranda bıçaqlanan şəxsin vəziyyəti ağır olaraq qalıb.

Bu barədə APA-nın cənub bürosuna xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib.

O qeyd edib ki, saat 22:30 radələrində Lənkəran şəhər sakini 1981 ci il təvəllüdlü 1 nəfər (kişi cinsli) şəxs sol döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olub.

"Yaralıya zəruri ilkin tibbi yardım göstərilib. Xəstə vəziyyətinə uyğun olaraq dərhal əməliyyat blokuna alınıb vəziyyəti ağır qiymətləndirilir".

***

23:22

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə hadisə 22:30 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini 1981-ci il təvəllüdlü Şahin Vilayət oğlu Əsgərov Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib.

Ona ilkin tibbi yardım göstərilib və döş qəfəsinin sol payının deşilmiş-kəsilmiş yaraları diaqnozu qoyularaq, əməliyyat blokuna alınıb. Vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR