Lənkəranda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər (4-ü qadın, 1-i kişi cinsli olmaqla) bədənin müxtəlif dərəcəli travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
"Hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib, yaralılardan biri vəziyyətinə uyğun olaraq Cərrahiyyə şöbəsinə yerləşdirilib, digər 4 nəfərin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir", məlumatda deyilir.
Gülcahan Məmmədova
***
16.14
Lənkəranda toya gedənlər qəzaya düşüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza Ələt-Astara magistralının 165-ci km-də qeydə alınıb.
1976-cı il təvəllüdlü Fəxrəddin Mirzəyevin idarə etdiyi "Toyota Prado" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən aşıb. Qəza nəticəsində sürücünün ailə üzvləri və yaxın qohumları 1980-cı il təvəllüdlü Yeganə Alişanova, 2003-cü il təvəllüdlü Afət Mirzəyeva, 2005-ci il təvəllüdlü Fəxriyyə Mirzəyeva, 1966-cı il təvəllüdlü Tahirə Alişanova və 2012-ci il təvəllüdlü A.Məmmədov xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Ailə Lerik rayonuna toy məclisinə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.