Lənkəranda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-21015" markalı nəqliyyat vasitəsi "VAZ-2106" markalı maşınla toqquşub. Əraziyə təcili yardım briqadası cəlb olunub. Qəza nəticəsində 5 nəfər - 2002-ci il təvəllüdlü Dəyanət Balayev, 1999-cu il təvəllüdlü Məhərrəm Fərzullayev, 2005-ci il təvəllüdlü İbadət Məmmədov, 2007-ci il təvəllüdlü Mehman Məmmədzadə və 2007-ci il təvəllüdlü Murad Babazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.