Lerikdə ağaca çırpılan maşında xəsarət alan şəxs ölüb - YENİLƏNİB

Lerikdə ağaca çırpılan maşında xəsarət alan şəxs ölüb - YENİLƏNİB
# 13 iyul 2024 13:34 (UTC +04:00)

Lerikdə ağaca çırpılan maşında xəsarət alan və xəstəxanada ölən şəxslə bağlı TƏBİB açıqlama verib.

APA - nın cənub bürosunun sorğusuna cavab olaraq, Lənkəran rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, 12.07.2024-cü il tarixində saat 23:45 radələrində Lerik rayonun Rəzəvül kəndində meşə yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 2 nəfər (kişi cinsli) şəxs sağ bud sümüyünün yerdəyişən sınığı, döş qəfəsin köndələn sınığı, qabırğaların çoxsaylı sınığı, travmatik şok, qapalı kəllə-beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, xəsarət alanlardan birinin vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsində yerləşdirilib, digər yaralı yaxınlarının təkidi ilə Bakı şəhərinə aparılıb.

Qeyd edək ki, aparılan bütün tədbirlərə baxmayaraq reanimasiya şöbəsində müalicəsi davam etdirilən xəstənin ölüm halı qeydə alınıb.

***

12.24

Ötən gecə Lerikdə baş verən qəzada xəsarət alan şəxs xəstəxanada ölüb.

APA - nın cənub bürosunun verdiyi məlumata görə, ötən gecə Lerik rayonunun Rəzəvül kəndində baş verən qəzada xəsarət alan, Rəzəvül kənd sakini 1950 - ci il təvəllüdlü Kamal Balamirzə oğlu Kazımov Lənkəran rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölüb. Digər xəsarət alan şəxs Rəzəvül kənd sakini 1951 - ci il təvəllüdlü Balabəy Əzim oğlu Həmidov Bakı şəhərinə, xəstəxanaların birinə göndərilib.

Qeyd edək ki, ötən gecə Lerik rayonunun Rəzəvül kəndində "meşə yolu" deyilən ərazidə "Niva" markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.
Faktla bağlı araşdırma aparılır.

***

01.03

Lerikdə idarəetməni itirən avtomobil ağaca çırpılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, axşam saatlarında Lerik rayonunun Rəzəvül kəndində, "meşə yolu" deyilən ərazidə qəza hadisəsi baş verib.

Nəticədə avtomobildə olan iki nəfər Lerik rayonunun Rəzəvül kənd sakinləri 1950-ci il təvəllüdlü Kamal Balamirzə oğlu Kazımov və 1951-ci il təvəllüdlü Balabəy Əzim oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan K.Kazımov reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəstənin müalicəsi müvafiq şöbədə davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisə iyulun 12-də saat 21 radələrində rayonun Rəzəvül kəndi ərazisində baş verib.

"Niva" markalı avtomobilin sürücüsü K.Kazımovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR