Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO

Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb - VİDEO
# 18 may 2024 18:21 (UTC +04:00)

Lerik rayonunun Çayrud kəndinə gedən yol qismən bərpa olunub.

APA - nın cənub bürosunun verdiyi məlumata görə, gün ərzində yerli sakinlər və yol idarəsi tərəfindən görülən işlər nəticəsində Çayrud kəndinə gedən yol qismən bərpa olunub.

Lerik rayonunun Çayrud kəndi üzrə icra nümayəndəsi İlkin Hüseynovun sözlərinə görə, bu gün səhər saatlarından görülən işlər nəticəsində yol qismən açılıb. Amma yola düşən daşı yerindən tərpənmək mümkün olmayıb:

"Bunun üçün xüsusi texnika lazımdır. Rayon icra hakimiyyətinin müraciəti əsasında həmin texnikanın rayona gətirilməsi gözlənilir".

Qeyd edək ki, ərazidə təhlükəli vəziyyət hələ də qalmaqdadır. Buna görə də ərazidə təhlükəsizlik tədbirləri görmək üçün polis növbəli xidmət aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR