Market əməkdaşını bıçaqla hədələyərək soyğunçuluq edən şəxs saxlanılıb

Market əməkdaşını bıçaqla hədələyərək soyğunçuluq edən şəxs saxlanılıb
# 22 may 2025 12:31 (UTC +04:00)

Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq edən şəxs saxlanılıb.

APA xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində yerləşən marketlərin birində qeydə alınıb.

Naməlum şəxs marketin əməkdaşını kəsici alətlə hədələyərək 750 manatını talayıb.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Ş.Dövlətov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR