Meşədə ağacların kəsilməsi araşdırılır

Meşədə ağacların kəsilməsi araşdırılır
# 05 dekabr 2023 17:43 (UTC +04:00)

İsmayıllıda meşə fonduna daxil olan ərazidə ağacları qanunsuz kəsən şəxslər müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, İsmayıllı rayonunun Zərnava kəndində meşə fonduna daxil olan ərazidə 20-yə yaxın vələs və fıstıq ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin ağacları kəsən 3 nəfər rayon sakini müəyyən olunub.
Hazırda faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR